Beşinci gun
2026-04-17, 1:53 AM
Sayta Xos Gelmisiniz Guest: | Eylence
_Ana Seyfe_ _Qeydiyyat_ _Giris_
Menyu

Bölmələr
Xeberler [6]
Məşurlar [7]
Proqramlar [1]
Dini məlumatlar [3]
Proqramlar [0]
Oyunlar [1]
Azeri Mp3 [2]
Turk Mp3 [1]
Xarici Mp3 [1]
Videolar [0]
Şəkillər [0]
Sevgi [2]
Maraqli [2]
Yumor [2]
Avto Dünya [2]

Sorğu
Saytin dizayini necədir
Cavabların ümumi miqdarı: 9

Istek Mp3

Reklam

Stastika

Online: 1
Qonaqlar: 1
Isdifadeciler: 0

Ana Seyfe » 2010 » Dekabr » 16 » Rəqqasə Məryəm ərə getdi
6:12 PM
Rəqqasə Məryəm ərə getdi
ll

Dekabrın 7-də Bakının məşhur restoranlarından birində rəqqasə Məryəm Süleymanova və iki ildir nişanlı olduğu memar İlkin Zamanovun toy məclisi olub.

Toy rəqqasənin vəd etdiyi "nağıl kimi” olmasa da, maraqlı və xoşagələn məqamlarla yadda qalıb.

Gəlin və bəy salona daxil olduğu vaxt ilk musiqini xalq artisti Flora Kərimova ifa edib. Cütlük xalq artistinin ifasının sədaları altında rəqs edib. Sonra "Şeron” qrupu, Murad Sadıx, Elton Hüseynəliyev və digər sənətçilər məclisi şənləndiriblər. Toya xalq artisti Faiq Ağayevin mahnıları da rəng qatıb.

Rəqqasənin toyunda müğənni Elnarə və həyat yoldaşı Rövşən Cahangirov, Zamiq, Rəqsanə, Nüşabə Ələsgərli, Natəvan Həbibi, prodüserlər Təranə Səmədova, Kənan Bayramov, Tolik, Pərviz Əsgərov, rejissor Aynurə Tahirqızı, Murad Arif və digər məşhurlar da iştirak edib.

Toyu İlkin Həsəni idarə edib.

Məclisdə məxsusi olaraq nümayiş etdirilən videomateriallarda gəlin və bəyin tanışlığı xüsusi hekayə dili ilə iştirakçılara çatdırılıb.

Adətən toylara rəqsləri ilə aş və xoş-əhval ruhiyyə gətirən Məryəm bu dəfə özü o zövqü digər rəqqasların təqdimatında görüb.

Aş, digər toylarda olduğundan, fərqli şəkildə salona gətirilib. Toyun digər yaddaqalan məqamı da Məryəmin müəlliməsi Xumar xanımın tələbəsinə xeyir-dua verməsi olub. Məryəm müəlliməsinin əllərindən öpərək, xeyir-duanı qəbul edib.

Sonra rəqqasə gələcək həyat yoldaşı və ən yaxın dostları ilə birlikdə hazırladığı şou-rəqsi məclis iştirakçılarına nümayiş etdirib.





Bolmeler: Məşurlar | Baxilib : 568 | Muellif:: Admin | Reyintik: 0.0/0
Tam şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]
Giriş

Axtariş

Təqvim
«  Dekabr 2010  »
7 gün 1 gün 2 gün 3 gün 4 gün 5 gün 6 gün
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Giriş Tarix

Saat

Unutmayin

Saygac
Kataloq


Saytda Butun Huquqlar Qorunur:By Admin © 2026
Create a free website with uCoz>